Arda Turandan zəlzələ qurbanları üçün dünyaya yardım çağırışı
4339
06 Feb 2023 | 18:44

Arda Turandan zəlzələ qurbanları üçün dünyaya yardım çağırışı

“Qalatasaray”ın sabiq futbolçusu Arda Turan zəlzələdən zərərçəkənlərə yardım etməyə çağırıb.

O, sosial media hesabından dünyaya səslənib.

“Türkiyə dördüncü səviyyəli həyəcan vəziyyəti elan edib. “4-cü səviyyə” həyəcan vəziyyəti beynəlxalq yardım çağırışını ehtiva edir. Dünyanın müxtəlif yerlərində olub bu mesajı oxuyanlar! Ölkəmdəki zəlzələdə dağıntılar altında qalan insanlarımızın xilas olması üçün sizin köməyinizə ehtiyacı var”, - futbolçu yazıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər