Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq
4185
05 Feb 2023 | 20:20

Ukrayna ordusu sabah “Leopard” tanklarında təlimlərə başlayacaq

Fevralın 6-da Ukrayna hərbçiləri Almaniya istehsalı olan “Leopard” tanklarında təlimlərə başlayacaq.

Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

“Biz tam başa düşürük ki, bizə nə qədər, nə vaxt, hansı ölkə nə (tank – red.) verəcək. Sabahdan, bazar ertəsindən Ukraynadan kənarda, “Leopard”da tank heyətlərinin təliminə başlanılacaq", - o qeyd edib.

Reznikov onu da bildirib ki, hazırda “Leopard” üçün ehtiyat hissələri, onların təmiri, texniki xidməti və sairlə bağlı danışıqlar aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər