Almaniyada siyasi motivli hücumların sayı 20% artıb
Dünya
3792
05 Feb 2023 | 16:00

Almaniyada siyasi motivli hücumların sayı 20% artıb

Almaniyada 2022-ci ildə hücum edilərək bədənə xəsarət yetirmə hallarının sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 20% artaraq 2118-ə çatıb.

Bu barədə “DPA” agentliyi məlumat verib.

2021-ci ildə Almaniya polisi və federal torpaqların hüquq-mühafizə orqanları ölkədə siyasi motivli xəsarət yetirmə halları ilə bağlı ümumilikdə 1 890 cinayəti qeydə alıb. 2022-ci ildə bu rəqəm 2118 hadisəyə çatıb.

Lakin Almaniya hökuməti Bundestaqdakı sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının fraksiyasının sorğusuna cavab olaraq, bu rəqəmlərin ilkin olduğunu və düzəliş edilə biləcəyinə aydınlıq gətirib.

Almaniya hökuməti vurğulayıb ki, ilkin məlumatlara görə, ötən il qeydə alınan 3 600-ə yaxın siyasi motivli zorakılıq aktının mindən çoxu sağçılar tərəfindən törədilib. Yalnız 700-dən çox iş solçu cinayətkarlarla bağlı olub.

Link kopyalandı!
Son xəbərlər