Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək
402
31 Jan 2026 | 23:45

Ukrayna və NATO F-16 və HIMARS tədarükü ilə bağlı əməkdaşlıq edəcək

Ukraynanın müdafiə naziri Fedorov NATO-nun Ukraynadakı baş nümayəndəsi Terner, eləcə də Ukrayna üçün NATO-nun Təhlükəsizlik və Təlim üzrə Xüsusi Missiyasının komandanı və Ukraynaya Təhlükəsizlik Dəstəyi Qrupunun komandanı Bazzard ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər müdafiə və təhlükəsizlik sahəsində gələcək əməkdaşlığın əsas prioritetlərini razılaşdırıblar. Söhbət hava hücumundan müdafiənin gücləndirilməsindən, Patriot, F-16 və HIMARS sistemlərinin inkişafından, həmçinin texnoloji üstünlük üzərində birgə işdən gedir.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər