Norveç səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
2884
02 Feb 2023 | 16:48

Norveç səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

Norveç səfiri Erlinq Skonsberq Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
 
Bu barədə nazirlik açıqlama yayıb.
 
Bildirilib ki, fevralın 3-də Norveçdə "Qurani Kərim"in yandırılması ilə bağlı aksiyanın keçirilməsi planlaşdırılır.
 
Məlumata görə, nazirlikdən bu hərəkətin ən sərt şəkildə qınanıldığı səfirə bildirilib.
 
Eyni zamanda Norveç hakimiyyətindən bu cür tədbirin keçirilməsinə icazə verilməməsinin gözlənildiyi də diplomatik missiya başçısının diqqətinə çatdırılıb.
 
Link kopyalandı!
Son xəbərlər