23:54
12°C
Bakı
Avstriya Prezidenti Aleksandr Van der Bellen Ukraynanın “Sülh formulası”nı dəstəklədiyini açıqlayıb.
O, bu haqda ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında danışıb.
“Prezident Zelenskinin 10 bəndlik planına gəlincə, Avstriya atəşkəs və sülhə yönəlmiş bütün diplomatik ideyaları və tədbirləri mütləq dəstəkləyəcək. Biz hər halda bu planı dəstəkləmək üçün hər şeyi edəcəyik”, - Avstriya Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Avstriya Ukrayna və Rusiya arasında sülh danışıqlarında vasitəçi rolunu oynaya bilər, çünki Vyana ölkənin neytrallığı və BMT-nin baş qərargahlarından birinin yerləşdiyi üçün danışıqlar platforması kimi məşhurdur.