Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi
459
25 Jan 2026 | 22:56

Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

Bizim.Media  xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.
 

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.


Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər