Trampla görüşmək üçün Davosa getdi
388
22 Jan 2026 | 12:51

Trampla görüşmək üçün Davosa getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Davosa yollanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Ukrayna lideri Davosda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Ukrayna prezidentinin rəsmi nümayəndəsi Sergey Nikiforov  qeyd edib ki, tərəflərin görüşü yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 16:00) planlaşdırılıb.

Xatırladaq ki, Tramp yanvarın 21-də Davos İqtisadi Forumunda çıxışı zamanı ukraynalı həmkarı ilə görüşəcəyini bildirmişdi.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər