İspaniyada üç günlük matəm ELAN EDİLDİ - FOTO
729
19 Jan 2026 | 22:30

İspaniyada üç günlük matəm ELAN EDİLDİ - FOTO

İspaniyanın Adamus şəhərində Malaqadan Madrida 300 sərnişinlə hərəkət edən Iryo qatarının bir neçə vaqonu relsdən çıxaraq Alvia qatarı ilə toqquşub. Hadisə nəticəsində 39 nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, baş verən qəzanı araşdıran istintaq orqanları dəmir yolu xəttində çat aşkar ediblər.

İspaniyanın nəqliyyat naziri Oskar Puente faciə ilə bağlı hələlik tələsik nəticələr çıxarmamağa çağırıb.

Ölkənin baş naziri Pedro Sançes isə üç günlük matəm elan edib.

Qəza ilə bağlı araşdırma davam edir.








Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər