Los-Ancelesdə atışma - 3 nəfər ölüb
3165
28 Jan 2023 | 21:38

Los-Ancelesdə atışma - 3 nəfər ölüb

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində atışma nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları atışmanın yanvarın 28-nə keçən gecə Beverli Krest rayonunda baş verdiyini bildiriblər.

Hadisənin baş vermə şəraiti hələ müəyyən edilməyib. Agentliyin məlumatına görə, avtomobildə olan 3 nəfər həlak olub, 4 yaralı xəstəxanaya çatdırılıb və onların durumu ağırdır.

Qeyd edək ki, son günlər Kaliforniyada 21 nəfərin ölümü ilə nəticələnən bir neçə atışma hadisəsi baş verib. (report)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər