Ukraynada müharibənin məqsədi dövlət sirridir? - Putinin izaholunmaz məntiqi...
5306
27 Jan 2023 | 20:20

Ukraynada müharibənin məqsədi dövlət sirridir? - Putinin izaholunmaz məntiqi...

"Siz Donetsk və Luqanskdan danışırsınız, eyni zamanda, qoşunlarınız Kiyevi ələ keçirmək istəyir. Bunu necə anlamaq olar?.."

"Sizə Odessa, Xarkov, yoxsa bütün Ukrayna lazımdır?.."

"Rusiya lideri dəfələrlə "xüsusi əməliyyat"ın məqsəd və vəzifələrini dəyişib..."

Rusiya prezidentinə yaxın olan alman biznesmeni Mattias Varniq Rusiya lideri ilə Ukraynaya hərbi müdaxilədən sonra görüşlərindən danışıb.

Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Die Zeit" həftəlik nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, o, Putini döyüş əməliyyatlarının dayandırılmasına inandırmaq istəyib, həmçinin üzdəniraq "xüsusi əməliyyat"ın gerçək məqsədlərini soruşub.

"Siz Donetsk və Luqansk barədə danışırsınız, eyni zamanda, sizin qoşunlar Kiyevi ələ keçirmək istəyir. Bunu necə anlamaq olar? Sizə Odessa, Xarkov, yoxsa bütün Ukrayna lazımdır? Bəlkə, daha artığı lazımdır?" - Varniq Putinə bu sualları ünvanladığını iddia edib.

Buna cavab olaraq Rusiya prezidenti deyib: "Bu, dövlət sirridir".

Varniq iddia edir ki, başqa bir söhbətində o, Putinə deyib: "Rusiya müharibəni uda bilməz". Belə söhbətlərdən sonra, Varniqin sözlərinə görə, o, hiss edib ki, iki köhnə dostlar kimi bir-birilərinə deməyə sözləri qalmayıb.

Putin dəfələrlə "Ukraynada xüsusi əməliyyat"ın məqsəd və vəzifələrini dəyişib, onların arasında "demilitarizasiya" və "denasifikasiya", Donbasın tanınmayan respublikalarının "xilas edilməsi", ABŞ-la qarşıdurma, müharibəyə son qoyulması və s.var. 

Bu günlər Rusiya prezidenti məqsəd kimi "insanların və Rusiyanın özünün ona bitişik "öz tarixi ərazilərində" yaratmağa cəhd edilən təhlükələrdən qorunmasını" adlandırıb.

Mattias Varniq Putinin çoxdankı tanışıdır, onun adı Aleksey Navalnının Gelencik ətrafında saray barədə araşdırmasında hallanıb.

O, ADR təhlükəsizlik xidmətinin agenti və son vaxtlaradək "Nord Stream 2" şirkətinin icraçı direktoru olub.

2011-ci ildən o, Rusiyanın "Transneft" və "Rosneft" korporasiyaların direktorlar şurasının tərkibinə daxıl olub.

Hazırda Varniq Almaniyanın Rusiya və Putinlə əlaqələri səbəbindən ABŞ sanksiyaları siyahısında olan yeganə vətəndaşıdır.

"Die Zeit" qəzetinə müsahibəsi "Mən zəhərliyəm" başlıqla çıxıb. Varniq nəşrə etiraf edib ki, onunla heç kim iş görmək istəmir, onun bank hesabları dondurulub. 

2022-ci ilin mayında Avropa İttifaqının təzyiqi altında AFR-in sabiq kansleri Qerhard Şröderlə  birlikdə Rusiya şirkətlətini tərk edib və Putinin Moskvaya köçmək təklifindən imtina edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər