ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
3547
26 Jan 2023 | 19:36

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ Rusiyadan olan hüquqi və fiziki şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

Moderator.Az xəbər verir ki, bu barədə yanvarın 26-da ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Yeni siyahıya iş adamları, siyasətçilər və məmurlar da daxil olmaqla 15-dən çox şəxs daxildir. Bundan əlavə, siyahıya 30-dan çox təşkilat əlavə edilib.

Xatırladaq ki, 2022-ci ilin dekabrında ABŞ Maliyyə Nazirliyi iş adamı Vladimir Potaninə, baş nazirin müavini Andrey Belousova və bir sıra Rusiya qubernatorlarına qarşı sanksiyaların tətbiq olunduğunu elan edib.

Link kopyalandı!
Son xəbərlər