Cəbrayıl və Füzulidəki yanğınlar söndürüldü - VİDEO
413
09 Jan 2026 | 11:24

Cəbrayıl və Füzulidəki yanğınlar söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən gün Cəbrayıl və Füzulidə yanğınlar olub. Yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılmışdı.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər