Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənddə pakistanlı həmkarı Bilaval Bhutto Zardari ilə görüşüb.
“Report” xəbər verir ki, bunu M.Çavuşoğlu tviterdə yazıb.
O bildirib ki, həmkarı ilə regional məsələrlə yanaşı, iqtisadi və müdafiə sahəsindəki əməkdaşlığı müzakirə edib.
Qeyd edək ki, M.Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanda səfərdədir.