İrina Şeyk, Naomi Kempbell və Şalom Harlou səhnəyə heyvan başları ilə çıxdılar – FOTO
3268
24 Jan 2023 | 08:22

İrina Şeyk, Naomi Kempbell və Şalom Harlou səhnəyə heyvan başları ilə çıxdılar – FOTO

Paris Moda Həftəsi çərçivəsində keçirilən “Schiaparelli” brendinin şousunda bəzi modellər vəhşi heyvanların başları ilə birlikdə görüntüləniblər.

Hadisə markanın kreativ direktoru Daniel Rosberrinin yaz kollekiyasının təqdimatında yaşanıb.

 

İrina Şeyk şir, Şalom Harlou qar bəbiri, Naomi Kempbell isə canavar başı olan geyimlərdə podiuma çıxıblar.

Kolleksiya Dantenin “İlahi komediya”sından ilhamlanıb.

Nümayişin qonaqları arasında aktrisa Rossi de Palma, dizayner Olivye Rusten və digər ulduzlar olub. (oxu.az)

 

Mənbə: gazeta.ru

Link kopyalandı!
Son xəbərlər