Növbədə Qrenlandiyadır? - FOTO
668
04 Jan 2026 | 16:02

Növbədə Qrenlandiyadır? - FOTO

Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş və üzərində “Tezliklə” (“Soon”) yazısı olan xəritəsini X sosial şəbəkəsində paylaşıb.

Bizim.Media xəbər verir ki, bu, Danimarkada narazılıqla qarşılanıb.

Danimarkanın ABŞ-dakı səfiri Yesper Meller Serensen bildirib ki, Kopenhagen Vaşinqtondan Danimarkanın ərazi bütövlüyünə hörmət göstərilməsini gözləyir.

Bu arada Britaniyanın “The Guardian“ qəzeti yazıb ki, Venesueladan sonra Vaşinqtonun növbəti hədəfləri İran və Danimarka ola bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da çıxışlarında Qrenlandiya ilə bağlı iddialarını dilə gətirib.



Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər