Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir
Dünya
3434
21 Jan 2023 | 19:23

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir

Moldova Türkiyə ilə ticarətin həcmini 1 milyard dollara çatdırmaq istəyir.
 
Bunu kənd təsərrüfatı naziri Vladimir Bolea türkiyəli həmkarı Vahit Kirişçiylə görüşündə deyib.
 
"Əməkdaşlığımız nəticəsində əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Moldovanın kənd təsərrüfatı məhsullarının ixracının həcmini artırmaq imkanları var", - Bolea bildirib.
 
Nazirin sözlərinə görə, Kişinyov tərəvəz emalı və suvarma sahəsində Türkiyə təcrübəsini mənimsəməyi planlaşdırır. Bundan əlavə, ölkə Türkiyə bazarına heyvandarlıq məhsulları ilə çıxmaq niyyətindədir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər