Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək
Dünya
3355
16 Jan 2023 | 20:21

Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də keçiriləcək

Yanvarın 15-də dünyasını dəyişən tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17 və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.
 
Bu barədə bazar ertəsi opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze məlumat verib.
 
“Kikabidzenin ailə üzvləri məndən bildirməyimi istədilər ki, yanvarın 17 və 18-də Kaşvetidə vida mərasimi olacaq. Onun tabutu Filarmoniyanın böyük konsert zalından götürüləcək”, - Burçuladze “Mtavari Arkhi” telekanalının efirində bildirib.
 
Xatırladaq ki, bazar günü Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da aktyorun həyat yoldaşı və anasının dəfn olunduğu Tbilisidəki Vera qəbiristanlığında dəfn ediləcəyini qeyd edib.(oxu.az)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər