Bizi sosial şəbəkələrdən izləyin:
Nepalda qəzaya uğrayan “Yeti” Hava Yollarına məxsus “ATR 72” tipli təyyarənin göyərtəsində olan bütün sərnişinlər ölüb.
Bu barədə “TASS”a şirkətin nümayəndəsi Pemba Şerpa bildirib.
“Hər kəs ölüb - 68 sərnişin və 4 ekipaj üzvü. Təyyarədə olanların hamısı həlak olub”, - deyə Şerpa bildirib.
O, sağ qalanlarla bağlı məlumatların yalan olduğunu bildirib.
Qeyd edək ki, pilot yaşayış məntəqəsinə düşməmək üçün layneri dərəyə istiqamətləndirib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb. Sərnişinlərdən 15-i Rusiya, Avstraliya, Fransa, Argentina, Hindistan, Cənubi Koreya və İrlandiya vətəndaşı olub.