Paşinyandan Gürcüstana xəbərdarlıq: Ya normal tariflər, ya da alternativ marşrutlar tapılacaq
432
18 Dec 2025 | 16:01

Paşinyandan Gürcüstana xəbərdarlıq: Ya normal tariflər, ya da alternativ marşrutlar tapılacaq

Ermənistanın baş naziri Nikol Paşinyan SOCAR şirkətinin neft məhsullarından ibarət ilk partiyanın Azərbaycandan Ermənistana göndərilməsini şərh edərkən, Gürcüstan Dəmir Yolunun tarifləri ilə bağlı müəyyən problemlərin mövcudluğundan xəbərdar olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bu kontekstdə erməni baş nazir qonşu ölkəni xəbərdar edib ki, normal tariflər tətbiq olunmasa, Azərbaycan və Ermənistan alternativ marşrutlar tapacaq.

“Ümid edirəm ki, ya bu məsələlər həllini tapacaq, ya da təsərrüfat subyektləri idxal və ixrac üçün alternativ marşrutlar müəyyən edəcəklər”, — deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Tbilisinin tarif demarşına cavab olaraq Bakı Ermənistanla sərhədə qədər dəmir yolu xəttinin bərpasını nəzərdən keçirir.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər