146 nömrəli marşrutun avtobusları YENİLƏNƏCƏK
679
05 Dec 2025 | 18:41

146 nömrəli marşrutun avtobusları YENİLƏNƏCƏK

Bakının Yeni Suraxanı və Şüvəlan qəsəbələrini əlaqələndirən 146 nömrəli marşrut üzrə mövcud avtobusların yenilənməsi həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-dən sərnişinlərin xidmətinə müasir "Karsan" markalı avtobuslar veriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,55 manat təşkil edəcək.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər