Belarus millisinin baş məşqçisi istefaya göndərildi
363
04 Dec 2025 | 19:12

Belarus millisinin baş məşqçisi istefaya göndərildi

Belarus milli komandasının baş məşqçisi Karlos Alos vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflərin qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdiyi bildirilib.

Qeyd edək ki, İspaniyalı mütəxəssis 2023-cü ilin yayından Belarus millisini çalışdırırdı.

Onun rəhbərliyi altında komanda 26 oyun keçirib, 6 qələbə qazanıb, 10 dəfə məğlubiyyətlə üzləşib və 10 oyunda heç-heçə edib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər