Zelenski İsveçin Baş naziri ilə Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edib
3463
06 Jan 2023 | 19:35

Zelenski İsveçin Baş naziri ilə Ukraynanın Aİ-yə daxil olmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Ulf Kristersson ilə onlayn görüş keçirib.
 
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
 
Liderlər cəbhə xəttindəki vəziyyəti və onun gərginləşmə risklərini, həmçinin Ukraynanın ordunu gücləndirmək üçün əsas ehtiyaclarını müzakirə ediblər.
 
Bununla yanaşı, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması və Aİ Şurasına sədrliyi zamanı İsveçin prioritetləri ətrafında fikir mübaidləsi aparılıb.
 
“Sizin sədrliyiniz altında Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlaya biləcəyimizə ümid edirik. Bu, ordumuz üçün güclü motivasiya və cəmiyyətimizin ümumi istəyidir. İnanırıq ki, bu, Aİ daxilində birlik üçün güclü stimul olacaq”, - Ukrayna Prezidenti söyləyib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər