İran Ermənistanla yeni müqavilə imzalamaq niyyətindədir
Dünya
3387
06 Jan 2023 | 18:30

İran Ermənistanla yeni müqavilə imzalamaq niyyətindədir

“Jamestown” tədqiqatlar mərkəzi qeyd edir ki, müəyyən sanksiyalar İran, Qazaxıstan və Türkmənistan arasında “swap” tipli təbii qaz müqavilələrinin imzalanmasına mane olsa da, İran Türkmənistan və Azərbaycanla “swap” razılaşmasına nail olub və bənzər üçtərəfli müqaviləni Ermənistanla da imzalamaq niyyətindədir.
 
Yayılan məlumata görə, İran və Türkmənistan arasında 2022-ci ilin ilk 6 ayı üçün olan ticarət həcmi 233 milyon dollara çatıb, hansı ki, 2021-ci illə müqayisədə 6 milyon dollar daha çoxdur. Bu isə qonşuları ilə müsbət əlaqələr qurmaq istəyən İran üçün məqsədəuyğun hesab edilir. Bundan başqa, mərkəz bildirir ki, Türkmənistan İranın enerji infrastrukturundan istifadə edərək digər ölkələrə elektrik enerjisi, o cümlədən İraqa təbii qaz ixrac etmək istəyir. İran tərəfi isə Türkmənistanla olan “swap” razılaşmasından yararlanaraq türkmən qazını Pakistan və Hindistana ötürmək niyyətindədir.
 
Bu kontekstdə TAPİ qaz kəmərinin əhəmiyyəti vurğulanır. Lakin İranın Türkmənistandan daha böyük həcmdə qaz idxal etməsi üçün əvvəlcə Türkmənistana olan 1,8 milyard dollarlıq borcunu ödəməlidir. Məqalədə əlavə olunur ki, İran bir zamanlar energetika ixracatçısı olsa da, artıq bu vəziyyət dəyişib. Belə ki, 2021-ci ilin aprel ayı ilə müqayisədə 2022-ci ilin mart ayında İran elektrik enerjisi idxalı 72% artıb, ixracı isə 2022-ci ilin noyabrında 54% azalıb. Buna səbəb isə İranda daxili tələbat və istehsalda yaranan uyğunsuzluqlardır. Bundan əlavə, son onillikdə Türkmənistanda elektrik enerjisi istehsalı 60% artıb. İranın idxal etdiyi elektrik enerjisinin yarısı Türkmənistandan, digər yarısı isə Ermənistandan gəlir. Beləliklə, Türkmənistan İranın şimal-şərq regionlarının həm qaz, həm də elektrik enerjisi təminatında zəruri rol oynayır. Buna görə də, Türkmənistan İranla qarşılıqlı asılılıq yaratmaq və ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Digər tərəfdən, İranın Türkmənistana olan borcu və sanksiyalar Türkmənistandan daha çox enerji idxalına çətinlik yarada bilər.
Link kopyalandı!
Son xəbərlər