Şahzadə Harri hərbi xidmətdə 25 nəfər öldürdüyünü etiraf edib
Dünya
3464
06 Jan 2023 | 11:26

Şahzadə Harri hərbi xidmətdə 25 nəfər öldürdüyünü etiraf edib

Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.
 
“Report” “Sky News”a istinadən xəbər verir ki, bu barədə şahzadənin yanvarın 10-da işıq üzü görəcək memuarlarında qeyd olunub.
 
“Mən həmişə dəqiq deyə bilərdim ki, neçə düşmən kombatantı öldürdüm... Deməli, mənim sayım 25-dir. Bu, məni qane etmədi, amma utanmadım”, - o bildirib.
 
Britaniya şahzadəsi Əfqanıstanda iki müddət xidmət edib.
Link kopyalandı!
Son xəbərlər