Nyu-York merindən Trampla bağlı sərt bəyanat - VİDEO
471
23 Nov 2025 | 23:24

Nyu-York merindən Trampla bağlı sərt bəyanat - VİDEO

Nyu-Yorkun yeni meri Zöhran Mamdani NBC-yə verdiyi müsahibədə mövqeyini yenidən təsdiqləyib.

Bizim.Media xəbər verir ki, jurnalist Kristen Uelker ona birbaşa sual verib və ABŞ prezidenti Donald Trampı faşist hesab edib-etmədiyini soruşub.

Mamdani bu suala “bəli” cavabı verib.

Trampın demokratiya üçün təhlükə olub-olmadığı barədə suala isə belə cavab verib:

“Daha əvvəl dediklərimin hamısı… mən buna inanmağa davam edirəm.”
 

Qeyd olunub ki, Mamdani Tramp prezident olduğu dövrdə də bu sualla üzləşmişdi, lakin o zaman qeyri-müəyyən və ehtiyatlı cavab vermişdi.


Həmin vaxt Tramp bu məsələyə sakit reaksiya göstərərək demişdi ki, “o belə hesab edə bilər, bunda qeyri-adi bir şey yoxdur.”


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər