Bizi sosial şəbəkələrdən izləyin:
Koreya Xalq Demokratik Respublikasına aid azı 5 PUA Koreya Respublikasının hava məkanını pozub.
“Report” “News-1”-ə istinadən xəbər verir ki, məlumatı Koreya Respublikasının hərbçiləri bildiriblər.
Məlumata görə, PUA-lar 2 metrdən uzun olmayıb. Onlardan birinin ölkə paytaxtı Seulun şimal rayonlarınadək, 4-ü isə Kanvondo adasına uçub.
Cənubi Koreya hərbi mənbələri bunu təxribat adlandırıb.
12:04
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı Kanvondo əyalətinin Xenson dairəsində qəzaya uğrayıb.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmiləri bildiriblər.
Məlumata görə, yüngül “Ka-1” qırıcısının qəzaya uğradığı ehtimal olunur. Təyyarənin göyərtəsindəki iki pilot katapult edərək sağ qalıb. Onlar yaxınlıqdakı hospitala aparılıb.
Başqa bir məlumata görə, Şimali Koreya ərazisindən Cənubu Koreyanın hava məkanına uçan PUA-ya xəbərdarlıq atəşi açılıb.