İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu
462
15 Nov 2025 | 18:55

İslam Oyunları: Həndbol millimiz ilk oyunda məğlub oldu

Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, B qrupunda yer alan komanda Özbəkistanla qarşılaşıb.

“Green Hall” Olimpiya Kompleksində keçirilən oyun rəqib komandanın 28:26 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 17-də Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər