Türkiyədə güclü fırtına gözlənilir - Əhaliyə xəbərdarlıq
Dünya
4092
19 Dec 2022 | 09:38

Türkiyədə güclü fırtına gözlənilir - Əhaliyə xəbərdarlıq

Türkiyənin İstanbul şəhərində hava şəraitinin kəskin pisləşəcəyi barədə insanlara müraciət edilib.
 
Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul valiliyi meteorologiya xidmətinin məlumatı ilə bağlı əhaliyə xəbərdarlıq edib.
 
Bildirilib ki, şimal və şimal-şərq istiqamətlərindən əsən güclü külək fırtınaya çevriləcək. Şəhər sakinlərinə diqqətli olmaq barədə çağırış edilib.
 
Fırtına səbəbindən ağacların və müxtəlif dirəklərin yıxılması, dam örtüklərinin uçması, nəqliyyat sektorunda yarana biləcək potensial problemlərlə bağlı ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunub.
 
İstanbulda, eləcə də ətraf ərazilərdə küləyin sürətinin 60-75 saat kilometr/saat sürətinə çatacağı gözlənilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər