Bu metro stansiyalarında bank kartı ilə ödəniş MÜMKÜN OLACAQ – FOTO
1443
01 Nov 2025 | 13:38

Bu metro stansiyalarında bank kartı ilə ödəniş MÜMKÜN OLACAQ – FOTO

Bakı metropolitenində rəqəmsal ödəniş imkanları genişləndirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Belə ki, artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş edə etmək mümkün olacaq.
 

Yenilik hazırda Bənövşəyi xəttin bütün stansiyalarında (“Xocəsən”, “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.


“Sınaq mərhələsində texniki çətinlik yaranarsa, “BakıKart” və ya digər ödəniş üsullarından yararlana bilərsiniz”, - deyə məlumatda qeyd edilib.



Bizim.Media

Link kopyalandı!
Son xəbərlər