Bizi sosial şəbəkələrdən izləyin:
İranın ali dini rəhbəri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani molla rejimi haqqında sərt ifadələr səsləndirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq. Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”, - deyə o bildirib.
Fransada yaşayan Mahmud Muradxani anasının və bacısının 2009-cu ildən bəri Əli Xamenei ilə əlaqələrini kəsdiklərini deyib.