“Kəpəz” “İmişli”yə uduzdu - VİDEO
223
24 Oct 2025 | 20:49

“Kəpəz” “İmişli”yə uduzdu - VİDEO

Misli Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, ilk oyun gününün sonuncu matçı Qəbələdə baş tutub. “Kəpəz” “İmişli” ilə qarşılaşıb. Qonaqlar bu oyunda darmadağına seviniblər. Daha öncə “Karvan-Yevlax” “Turan Tovuz”a 1:2 hesabıyla uduzub. “Araz-Naxçıvan” – “Sabah” və “Zirə” – “Sumqayıt” oyunları sabah, “Qəbələ” – “Neftçi” və “Qarabağ” – “Şamaxı” matçları isə oktyabrın 26-da keçiriləcək.

Misli Premyer Liqası

9-cu tur

24 oktyabr

“Kəpəz” – “İmişli” 0:3

Qollar: Juninyo, 45+2. Dioqo Almeyda, 60. Rafael Vyeqas, 85.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.

Qəbələ şəhər stadionu, 17:00.

Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9.

Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba,
10. Ryonosuke Ohori, 38. Cefferson Bento.

Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo.

Baş məşqçi: Azər Bağırov.

İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 11. Vüsal Qənbərov, 94.


Rafael Vyeqas, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yavu Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.

Baş məşqçi: Xorxe Kaskilya.



Rəşad Rafiqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər