İran parlamentinin sədrindən etiraf: “Problemləri həll etməyə gücümüz çatmır
Dünya
3962
12 Dec 2022 | 12:48

İran parlamentinin sədrindən etiraf: “Problemləri həll etməyə gücümüz çatmır"

“Biz bu gün etiraf etməliyik ki, bir sıra sahələrdə problemi həll etmək qüdrətinə malik deyilik. Yenilik cəsarət tələb edir”.
 
“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf dekabrın 12-də İslam Şurasının Araşdırma Mərkəzində keçirilən tədqiqat həftəsində bildirib.
 
O hesab edir ki, islahat və yenilik riskli işdir: “Cəsarətli və yaradıcı qüvvələrə ehtiyacımız var. İdarəetmə sistemi bu cəsarəti dəstəkləməlidir. Transformasiyaya və yeniliyə sahib olmaq bunu tamamlayır”.
 
Parlament sədri söyləyib ki, problemi həll etmək gücündədirlər, lakin bunu vaxtında etməyiblər, sonradan atılan addımlar isə öz dəyərini itirir.
 
Link kopyalandı!
Son xəbərlər