Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU
186
17 Oct 2025 | 11:11

Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK MƏKTUBU

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür:

“Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.

Günay Şahmar, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər