Qusarın Ukur kəndinin problemləri dinlənildi - FOTO
122
17 Oct 2025 | 00:23

Qusarın Ukur kəndinin problemləri dinlənildi - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Ukur kəndində sakinlərlə görüşüb.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın Şimal bürosuna verilən məlumata görə, səyyar qəbulda həmçinin RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər qəzalı vəziyyətdə olan məhəllədaxili elektrik xəttlərinin və köhnə transformatorun yenilənməsi, kənd yolunun sürüşmə təhlükəsi olan hissəsi ilə bağlı tədbir görülməsi, suvarma su arxlarının təmizlənməsi, fərdi torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi, kənddə avtobus dayanacağı və müvafiq yerlərdə yol nişanlarının quraşdırılması ilə bağlı müraciətlərini ediblər.
 

Həmçinin qeyd edilib ki, kənddə tibb məntəqəsinin olmaması sakinlər üçün müəyyən çətinliklər yaradır, onların səhiyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırır.


S. Məmmədxanov kənd problemlərinin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Link kopyalandı!
Son xəbərlər