Zaxarova “Time” jurnalı üçün Trampın fotosunu seçənləri "ruhi xəstə" adlandırdı
300
14 Oct 2025 | 16:24

Zaxarova “Time” jurnalı üçün Trampın fotosunu seçənləri "ruhi xəstə" adlandırdı

Rusiya XİN sözçüsü Mariya Zaxarova “Time” jurnalının Donald Trampın uğursuz fotosunu üz qabığı üçün seçən redaktorları sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Diplomat bildirib ki, məsələ fotoda deyil, məhz həmin şəkli üz qabığına çıxarmağa qərar verən insanlardadır:

“Bunlar kinlə dolu, bəlkə də ruhi cəhətdən sağlam olmayan, hətta az qala əxlaqi sapıntıya uğramış adamlardır".

Zaxarova vurğulayıb ki, bu cür addımlar "siyasi manipulyasiya və qərəzli təəssürat yaratmaq” məqsədi daşıyır.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər