Elektrik avtomobilində sürücü diri-diri yandı – ANBAAN VİDEO
269
14 Oct 2025 | 09:49

Elektrik avtomobilində sürücü diri-diri yandı – ANBAAN VİDEO

Çində Xiaomi elektrik avtomobilində sürücü diri-diri yanıb. Qapıları “ağıllı” sistem bloklayıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Çin KİV-ləri yayıb.

Belə ki, avtomobil ayırıcı zolağa çırpılıb və dərhal alışıb. Qapıların bağlanması isə kuzovun deformasiyasına görə deyil, proqram nasazlığı səbəbindən baş verib. Hadisə şahidləri qapını sındırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. SU7 model elektrik avtomobilinin sürücüsü həlak olub.

Hadisədən sonra Xiaomi şirkətinin səhmləri 7,8% dəyər itirib.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər