İranda repressiv qüvvələr azyaşlını vəhşicəsinə döydülər - FOTO
Dünya
4097
04 Dec 2022 | 18:06

İranda repressiv qüvvələr azyaşlını vəhşicəsinə döydülər - FOTO

İranın Abdanan şəhərində repressiv qüvvələr azyaşlını vəhşicəsinə döyüblər.
 
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
 
Bildirilib ki, molla hökumətinin xüsusi təyinatlıları atasının həbsinə etiraz və oturaq aksiya keçirən Tiyam Şahmuradi adlı 12 yaşlı qızı ailəsinin gözü qarşısında döyərək oturaq aksiyanın dağıdılmasını tələb ediblər.
 
Həbs olunanların ailələri vandalların bu hərəkətinə qarşı müqavimət göstəriblər.
 
Tiyam 14 gündür ki, Abdanan məhkəməsinin önündə oturaq aksiyaya keçirib və atasının azad edilməsini tələb edib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər