Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO
304
12 Oct 2025 | 15:00

Zaqatalada qəzada yaralananların SON DURUMU - FOTO

Ötən gecə Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində marşrut mikroavtobusu ilə “Mercedes Vito” sərnişin nəqliyyat vasitələri toqquşmuş, xeyli insan yaralanmışdı.
 

MÖVZU İLƏ BAĞLI: 

Zaqatalada toydan qayıdanlar qəzaya düşdü - FOTO


Bəs yaralıların son durumu necədir?

Bu barədə Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (5 kişi, 4 qadın) Xəstəxananın təcili  tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda bir nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Zaqatala şəhərindən toydan qayıdan zaman baş verib.

Qəza ilə bağlı araşdırma aparılır.












Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər