Xanımına 63 milyonluq VİLLA aldı
2860
11 Oct 2025 | 09:17

Xanımına 63 milyonluq VİLLA aldı

Türkiyəli müğənni Berkay həyat yoldaşı Özlem Ada Şahinə aldığı bahalı hədiyyə ilə yenidən gündəmə gəlib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi xanımına ad günü sürprizi olaraq 63 milyon lirə (təxminən 2,5 milyon manat) dəyərində malikanə bağışlayıb.

Zekeriyaköydə yerləşən üçmərtəbəli villa cütlüyün yeni yaşayış məkanı olacaq.
 

Məlumata görə, evin interyer dizaynını Berkay tam şəkildə Özlemin zövqünə buraxıb.


Qeyd edək ki, ifaçı bundan əvvəl də həyat yoldaşına 2,6 milyon lirəlik qolbaq, 1,7 milyonluq üzük, 20 milyonluq avtomobil və 22 milyon lirəlik mülk hədiyyə etməklə gündəmə gəlmişdi. (Milli.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər