Lənkəranda qardaşlar arasında dava QANLA BİTDİ
293
08 Oct 2025 | 22:24

Lənkəranda qardaşlar arasında dava QANLA BİTDİ

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Fərhad oğlu Abdullayev sol döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, təcili yardım şöbəsində əməliyyat olunub. İlkin məlumata görə, Camal Abdullayev qardaşı tərəfindən bıçaqlanıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, faktla bağlı istintaq aparılır.


Sabutay, Bizim.Media, Şimal bürosu.

Link kopyalandı!
Son xəbərlər