Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyanın Barnaul şəhərində yanğın zamanı bir ailənin üç üzvü həlak olub.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsində yanğınla bağlı cinayət işi açılıb.
Qeyd olunub ki, yanğında 1974-cü il təvəllüdlü qadın və kişi və onların 2008-ci il təvəllüdlü qızı ölüb.
Yanğın Memar Evinin yerləşdiyi tarixi binanın genişləndirilməsi hissəsində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.