2933
27 Nov 2022 | 15:53

"Qərb Putinin hansı bunkerdə olduğunu bilir"

Rusiya Prezidenti Vladimir Putin nüvə zərbəsi endirə və ya hansısa AES-i partlada bilməz.
 
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
 
Onun sözlərinə görə, Rusiya AES-lərin reaktorlarının partladılmasına getməyəcək, çünki bu plan 1-2 günə həyata keçirilə bilməz.
 
“Bu reaktorun partlaya bilməsi üçün onu kritik vəziyyətə gətirmək lazımdır. Bu zaman da bütün Qərb kəşfiyyat orqanları bundan xəbər tutacaq. Qərb də oturub Rusiyanın bu teraktı hazırlayacağını müşahidə etməyəcək. Onlar Putinin harada olduğunu, nə vaxt və hansı bunkerdə olduğunu bilirlər”, - Jdanov bildirib.
Link kopyalandı!
Son xəbərlər