Dünya
3608
27 Nov 2022 | 15:15

"Rusiya Ukraynaya müharibə elan etdikdən sonra sadəcə Çinin əyalətinə çevrilib..."

"Zelenskinin taleyinə, sadəcə, məsuliyyət deyil, tarixi miissiya- Ukraynanı xilas etmək, qalib gəlmək, dünyanı Rusiyanın dağıdıcı totalitar maşınından xilas etmək missiyası düşüb..."
 
"Mən Zelenskiyə qibtə etmirəm, hesab edirəm ki, onun ciyinlərinə düşən tarixi şans tamamilə gerçəkləşməlidir..."
 
"Rusiya atəşkəsə nail olduqdan sonra bəyan edəcək: götürdüklərimiz bizimdir, yerdə qalanlar sizin olsun...Bu, ən dəhşətli ssenaridir..."
 
"Berns Rusiyanın nə olduğunu və Putinin kim olduğunu çox yaxşı bilir..."
 
"Mən, ümumiyyətlə, Ukrayna prezidenti Vladimir Zelenskiyə qibtə etmirəm, çünki inanılmaz tarixi məsuliyyət yükünün nə demək olduğunu yaxşı anlayıram".
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Ukraynanın 2014-2016-cı illərdə baş naziri olan Arseni Yatsenyuk bəyan edib.
 
"Rusiyanın Ukraynaya qarşı müharibəsi 2022-ci ildə başlamayıb. Bu müharibə 2014-cü ildə başlayıb. 2014-cü ildə heç kim Kiyevdən qaçmayıb. Söhbət ordunun, pulların, idarəetmə sisteminin mövcud olmadığı zamandan gedir", - o, qeyd edib.
 
Onun fikrinə görə, 2022-ci ildə Zelenskinin taleyinə "sadəcə, məsuliyyət düşməyib".
 
"Bir tərəfdən, bu, ikinci dünya savaşından sonra ən böyük geosiyasi faciə və çağırışlardan biridir; digər tərəfdən, bu, ən müqəddəs və, ümumiyyətlə, tarixi missiya-Ukraynanı xilas etmək, qalib gəlmək, dünyanı Rusiyanın dağıdıcı totalitar maşınından xilas etmək və Ukraynanı xilas edərək, ölkəni milyonlarla ukraynalıların ümid etdiyi ölkəyə çevirmək missiyasıdır",  - sabiq baş nazir vurğulayıb.
 
"Bilirsiniz, standart frazalar var: Avropa İttifaqı, NATO...Ona görə də mənim ona qibtə edib-etməyimə gəldikdə....Yox, mən ona qibtə etmirəm, amma hesab edirəm ki, onun çiyinlərinə düşən tarixi şans tamamilə gerçəkləşməlidir".
 
Yatsenyuk bəyan edib ki, Rusiya Ukraynaya müharibə elan edəndən sonra qlobal xəritədə 24 fevraladək olduğu yerdən kənarlaşdırılıb. Geosiyasi nöqteyi-nəzərdən o, Çinin əyalətinə çevrilib.
 
Rusiyanın danışıqlar planı belədir: heç olmasa atəşkəsə nail olmaq. Rusiya üçün atəşkəsə nail olmaq nə deməkdir? İlk növbədə qüvvələrini yenidən qruplaşdırmaq. İkincisi, bütövlükdə dünyada Rusiyanın Ukraynada müharibəsi baxımından hərarəti aşağı salmaq. Üçüncüsü, rusiyalılar hesab edir ki, atəşkəsə nail olduqdan sonra danışıqların növbəti mərhələsinə keçmək mümkün olacaq: "Götürdüklərimiz bizimdir. Yerdə qalanlar sizin olsun". Ukraynalı siyasətçinin sözlərinə görə, bu, "ən dəhşətli ssenaridir".
 
Eyni zamanda, eks-baş nazir Ukraynanın hərbi komandanlığının qərarlarının düzgünlüyünə əmin olduğunu ifadə edib.
 
"Onlar nə etdiklərini yaxşı bilir. Onlar bunun Ukrayna üçün imkanlar pəncərəsi olduğunu bilir və anlayır ki, onu bağlamaq olmaz. Və bundan tam istifadə etmək lazımdır, çünki Rusiya təhlükəli düşmən olaraq qalır", - Yatseyuk deyib.
 
Daha sonra eks-baş nazir ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bernslə Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin görüşündən danışıb.
 
"Berns peşəkar kəşfiyyatçı deyil, Amerikanın peşəkar diplomatlarındandır. Yəni o, Putini şəxsən yaxşı tanıyır. O, müharibədən öncə Rusiyaya səfər edib, o zaman Putinlə söhbəti olub. O, Rusiyanın nə olduğunu və Putinin kim olduğunu çox yaxşı bilir", - o, deyib.
 
O, qeyd edib ki, Berns 2021-ci ildə "Putindən başqa, daha bir hərbi cinayətkar olan Patruşevlə" söhbət edib.
 
"Onlar bir neçə məsələni müzakirə edib. Birinci məsələ Rusiyanın qanunsuz olaraq bir sıra Amerika vətəndaşını həbsxanaya salması məsələsidir. Və təbii ki, ABŞ öz vətəndaşlarının
geri qaytarılmasında maraqlıdır", - Yatsenyuk izah edib.
 
Onun sözlərinə görə, Berns və Patruşev həmçinin strateji nüvə silahlarının məhdudlaşdırılması məsələsini də müzakirə edib.
 
"Son iki ildə bu sazişlə bağlı heç bir inspeksiya aparılmayıb: gah COVİD, gah da müharibə buna mane olub...İnspeksiya olmadıqda isə ABŞ və Rusiyada nüvə silahlanması ilə baş verənlər aydın olmur. Üstəgəl, sövdələşməni artırmaq lazım gələcək", - Yatsenyuk deyib.
 
Onun məlumatına görə, üçüncü məsələ Ukrayna və nüvə təhlükəsinin ehtimalı olub.
 
"Burada amerikalılar açıq mətnlə rusiyalılara bunun ağır nəticələri olacağı barədə söyləyib. Yəni burada Rusiya məhdudlaşdırılıb", - o, deyib.
Link kopyalandı!
Son xəbərlər