Belarus XİN rəhbəri qəflətən vəfat etdi...
3272
26 Nov 2022 | 17:49

Belarus XİN rəhbəri qəflətən vəfat etdi...

"O, Belarusla Qərb arasında münasibətlərin yaxşılaşmasına səy göstərib və Rusiyanı tez-tez tənqid edib..."
 
"Makey indiki Minsk elitasında heç də ən rusiyayönümlü element olmayıb..."
 
"İnsanlar bəzən, sadəcə, ürək tutmasından dünyasını dəyişir..."
 
Bu gün Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey qəflətən vəfat edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Belarusun "Belta" dövlət informasiya agentliyi ölkə XİN mətbuat katibi Anatloli Qlaza istinadən məlumat yayıb.
 
"O, bir neçə saat bundan öncə qəflətən vəfat edib...Heç kim bunu gözləməyib. Hələ dünən həftəlik planı müzakirə edirdik...Hamımız üçün böyük itkidir", - bunu diplomatik idarənin spikeri bəyan edib.
 
Ölümün rəsmi səbəbi barədə hələlik məlumat verilməyib. Belarusun "Naşa niva" nəşri diplomatın ürək tutmasından vəfat etdiyini iddia edir.
 
"Niva"nın jurnalistləri qeyd edir ki, XİN rəhbəri "indiki Minsk elitasında heç də ən rusiyayönümlü element olmayıb".
 
Belarus prezidentinin 2020-ci ildə seçkilərindən  və ondan sonra başlanan hökumət əleyhinə kütləvi etirazlardan öncə Makey Belarusla Qərb arasında münasibətlərin yaxşılaşmasına səy göstərib.
 
O zaman o, tez-tez Rusiyanı tənqid edib. Ona görə də, sadə olmayan zamanı nəzərə alaraq, diplomatın qəfləti ölümünün arxasınsa bir çoxları Moskvanın əlini görə bilər.
 
Eyni zamanda, Belarus nəşrinin işçiləri xatırladıb ki, Makey dövlət qulluqçusu olub, dövlətin əsas xəttindən kənara çıxmayıb.
 
O, Lukaşenkonun şəxsi hakimiyyətinin möhkəmlənməsi üçün və müstəqil siyasi çıxışların qarşısının alınmasında çox işlər görüb.
 
"İnsanlar bəzən, sadəcə, ürək tutmalarından dünyasını dəyişir. Bizdə olan məlumata görə, Vladimir Makey evdə dünyasını dəyişib, hələlik, hər şey həqiqətən ürək tutmasını göstərir", - jurnalistlər yazıb.
Link kopyalandı!
Son xəbərlər