Tokayev Qazaxıstanda prezident seçkilərində qalib gəldi
2875
22 Nov 2022 | 11:32

Tokayev Qazaxıstanda prezident seçkilərində qalib gəldi

Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev bazar günü, noyabrın 20-də keçirilən prezident seçkilərində səslərin 81,31 faizini toplayaraq qalib gəlib.
 
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov brifinqdə bildirib:
 
“Tokayev Kasım-Jomart Kemeleviç keçirilən seçkilərdə 6 456 392 səs və ya səslərin 81,31 faizini toplayıb”.
 
Seçkilərdə iştirak 69,44% təşkil edib.
 
Qazaxıstanda keçirilən prezident seçkilərində ikinci yeri 3,42 faiz səslə “Auıl” partiyasının namizədi Jiquli Dairbayev tutub.
 
2019-cu il iyunun 9-da keçirilmiş əvvəlki prezident seçkilərində Tokayev səslərin 70,96 faizini qazanmışdı.
 
Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.
Link kopyalandı!
Son xəbərlər