Makron Fransanın Afrikadan talan etdiyi mədəni irsi geri qaytarmaq vədinə əməl etməyib
Dünya
3464
19 Nov 2022 | 21:16

Makron Fransanın Afrikadan talan etdiyi mədəni irsi geri qaytarmaq vədinə əməl etməyib

Fransa Prezidenti Emmanuel Makron müstəmləkə dövründə Afrikadan talan edilərək aparılmış mədəni irsin geri qaytarılması ilə bağlı vədini hələ də yerinə yetirməyib.
 
Bu barədə "Africa News" məlumat yayıb.
 
Nəşrə görə, 2017-ci ilin noyabrında Emmanuel Makron tərəfindən götürülən öhdəlik hələ də söz olaraq qalır.
 
Makron o zaman bildirib ki, Afrika irsi Afrikada sərgilənməlidir:
 
"Bir neçə Afrika ölkəsinin mədəni irsinin böyük hissəsinin Fransada qalmasını qəbul edə bilmərəm. Beş il ərzində Afrikada Afrika irsinin müvəqqəti və ya daimi bərpası üçün şərtlər yerinə yetiriləcək".
 
Qeyd edək ki, Fransanın gündəlik “Le Monde” qəzetinin araşdırmasına görə, bu günə qədər Afrikaya aid azı 90 min artefakt hələ də dövlət muzeylərində saxlanılır.
 
Ötən ilin dekabrında Fransa parlamenti Afrika xalqlarına mədəni sərvətlərin qaytarılması haqqında qanun qəbul edib. Buna baxmayaraq, Mali, Çad və Efiopiya hələ də sənət əsərlərini geri qaytara bilməyiblər.
Link kopyalandı!
Son xəbərlər