Bill Klinton: “Dünya ictimaiyyəti İran xalqını dəstəkləyəcək” - VİDEO
3338
17 Nov 2022 | 15:16

Bill Klinton: “Dünya ictimaiyyəti İran xalqını dəstəkləyəcək” - VİDEO

“Dünya ictimaiyyəti İran xalqının cəsarətinə şahiddir və onu bundan sonra da dəstəkləyəcək”.
 
Bunu ABŞ-ın sabiq Prezidenti Bill Klinton İran xalqına videomüraciətində deyib.
 
“Dünya sizin cəsarətinizə şahiddir və azad olmağınız üçün nə qədər lazımdırsa, o qədər də sizə dəstək olacağıq”, - o bildirib.
 
B.Klinton həmçinin beynəlxalq ictimaiyyəti İran xalqını dəstəkləməyə çağırıb: “İran xalqının bizə ehtiyacı var. Onlar bizim qlobal birliyin bir hissəsi olmaq istəyirlər. İranlılar savadlı, zəhmətkeş, yaradıcı və maarifçi insanlardır. Onlar Qərblə normal münasibətlər istəyir və bizim dəstəyimizə layiqdirlər”.
 
ABŞ-ın keçmiş Prezidenti bu xalqın, xüsusən də azadlıqları uğrunda mübarizə aparan iranlı cəsur qadın və qızların göstərdiyi cəsarətə heyran olduğunu diqqətə çatdırıb.
 
B.Klinton onların mübarizəsinin baş örtüyündən imtina etməkdən daha çox məna kəsb etdiyini vurğulayıb: “Bu, əsas hüquqlar uğrunda mübarizədir”.
 
O, beynəlxalq ictimaiyyətin İranda etirazçıların oğurlanmasının dərhal dayandırılması, yardıma ehtiyacı olan və harada saxlanıldığı bilinməyən siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışlarına qoşulduğunu bəyan edib.

Link kopyalandı!
Son xəbərlər