Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır
3464
04 Nov 2022 | 16:18

Rusiya Ukraynada ikinci cəbhə açmağa çalışır

"Rusiya kifayət qədər böyük və yaxşı silahlanmış qruplaşma təşkil edərsə, Ukraynanın şimalında ikinci cəbhə açmağa cəhd edə bilər".
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı ekspert Oleq Jdanov deyib.
 
O bildirib ki, indi Rusiya Baş Qərargahı Donbas və Xarkovda Ukrayna qüvvələrini mühasirəyə almaq imkanlarını müzakirə edir.
 
Onun sözlərinə görə, bunun üçün rus qoşunları Sum və Zaporojye-Dnepr istiqamətlərində hərəkət etməlidir:
 
"Kəşfiyyatımızın məlumatına görə, bu cür planlar Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında müzakirə olunur. Lakin Zaporojye istiqamətində hələ də bir neçə qoşun varsa, deməli, Sumi istiqamətində heç bir qruplaşma yoxdur", - ekspert əlavə edib.
 
Jdanovun sözlərinə görə, bu planı həyata keçirmək üçün ruslar Ukraynanın şimal sərhədlərində ağır texnikası olan 50-70 min nəfərlik qrup yaratmalıdırlar.
 
Link kopyalandı!
Son xəbərlər