Ərdəbildə direktor hökumət əleyhinə şüarlar səsləndirən məktəbliləri döydü - VİDEO
3290
04 Nov 2022 | 14:51

Ərdəbildə direktor hökumət əleyhinə şüarlar səsləndirən məktəbliləri döydü - VİDEO

İranın Ərdəbil şəhərinin “Miqat” orta məktəbinin direktoru şagirdlərə qarşı zorakılıq edib.
 
“Azad İran” “Telegram” kanalı məlumat verir ki, buna səbəb bəzi şagirdlərin səhər mərasimi zamanı məktəblərdə hökumət lehinə səsləndirilən şüarlardan fərqli və hakimiyyət əleyhinə şüar səsləndirmələri olub. Məktəb müdiri şagirdlərdən bəzilərini sıradan çıxararaq təhqir edib və onları döyüb.
 
Məktəblərdə hökumət tədbirlərini boykot edən şagirdlərə qarşı zorakılıq edilməsi və onların dərslərdən qovulması ilə bağlı yüzlərlə fakt mövcuddur.
 
Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin “Şahid” orta məktəbinin şagirdləri məmurların hökumətin lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.
 
Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah adlı şagird həyatını itirib, Aytək Mikayıli və Hana Duzduzani adlı qız şagirdlər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Link kopyalandı!
Son xəbərlər